Şrift:
Türkiyənin ən böyük həmkarlar təşkilatları iş buraxdı
18.06.2013 [12:27] - Gündəm, Siyasət
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişindən sonra İstanbulun Gezi parkı və Taksim meydanındakı etiraz aksiyalarına polis müdaxiləsi ilə son qoyulması ölkədə hiddət, qəzəb dalğası yaradıb
Ankara, İstanbul, İzmir, İzmit, Trabzon və s. şəhərlərdə etiraz aksiyalarına yüz minlərlə insan çıxıb. Həmkarlar təşkilatlarının rəhbərliyi yürüşlərdə 900 min nəfərin iştirak edəcəyini deyir.

TMMOB-un 430 min, KESK-in 230 min, DİSK-in 100 min, TTB-nin 90 min, TDB-nin isə 24 min üzvü var.
Türkiyənin ən böyük həmkarlar təşkilatları arasında yer alan DİSK, KESK, TMMOB, TTB və TDHB bu gün yerli vaxtla saat 11-dən etibarən kütləvi etiraz yürüşlərinə başlamaq barədə birgə qərar qəbul ediblər.
istinadən bildirir ki, "Kamu Emekçileri Sendikaları Konfederasyonu" (KESK), "Devrimci İşçi Sendikaları Konfederasyonu" (DİSK), "Türk Tabipler Birliği" (TTB), "Türk Mühendis ve Mimar Odaları Birliği" (TMMOB) və "Türk Diş Hekimleri Birliği" (TDHB) təşkilatlarının birgə bəyanatına görə, etiraz aksiyalarında yüz minlərlə türkiyəli iştirak edəcək.
Aksiyalar artıq başlanıb. Türkiyənin müxtəlif şəhərlərində minlərlə türk meydanlara və küçələrə çıxmaqdadır.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed