Şrift:
Rusiya Ermənistanda ballistik raketlər yerləşdirib
19.06.2013 [10:31] - Gündəm, Hərb
Rusiya Ermənistanda 400 kilometrdən artıq məsafədə hədəfi vurmaq imkanına malik ballistik raket kompleksləri yerləşdirib.
Bu barədə 1in.am saytı Ermənistan Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.
Hazırda ölkədə məxfi yerlərdə bir neçə "İsgəndər M" raket kompleksi yerləşdirilib.
"Azadlıq Radiosu" "Stratrisks" nəşrinə istinadən bildirir ki, mənbə raket komplekslərinin Ermənistan Silahlı Qüvvələrinə və ya Gümrü şəhərindəki Rusiya hərbi bazasına çatdırılması barədə dəqiq məlumat verməyib.
Ermənistan Müdafiə Nazirliyi bu məlumatı rəsmi olaraq nə təsdiq, nə də təkzib edib.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed