Şrift:
Azərbaycan İtaliyadan döyüş təyyarələri almaq istəyir
19.06.2013 [12:33] - Gündəm, Hərb
Azərbaycan İtaliyanın istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat və M-346 “Master” təlim-döyüş təyyarələrinə maraq göstərir.Bu barədə “Alenia Aermacchi” şirkəti məlumat verilib.
İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya Hərbi Hava Qüvvələrində bu təyyarələrin sınaqlarında iştirak edib. Hər iki təyyarənin performansı yüksək qiymətləndirilib.
Azərbaycan nümayəndə heyəti ilə hazırda bu təyyarələrlə bağlı danışıqlar davam etdirilir. İtaliya şirkətindən hesab edirlər ki, təyyarələrin Azərbaycana satışında problem yoxdur. İtaliya bununla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra layihələr üzrə danışıqlar aparmaqdadır. İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, hər iki təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin Qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed