Şrift:
MDHP-də Etimadnamə…
19.06.2013 [15:45] - Gündəm, Siyasi partiyalar
Bizim bildiyimiz anlayışda “Etimadnamə”-bir dövlətin nümayəndəsinin başqa dövlət yanında səfir olduğunu təsdiq edən sənəddir. Yalnız bu MDHP-də bir az fərqli məna kəsb edir. Etimadnamə-insanlara səlahiyyət vermək, onları hər hansı əmrə, tapşırığa sövq etmək deyil, onların gördükləri işləri nəzərə alıb, gələcəkdə də bu görəcəkləri işlərə etimad etmək məqsədilə verilir

Etimadnamə- etibar etmək, etimad etmək mənasını daşıyır. Etimadnamə digər mükafat növlərindən onunla fərqlənir ki, bu sənəd insana təqdim olunarkən onun işinin yekun nəticəsi olmur. İşini daha da yüksək səviyyədə davam etməsinə, daha da çox çalışmasına, nailiyyətlər əldə etməsinə təkan verən bir qüvvə olur.
Belə də deyə bilərik ki, etimadnamə bir növ stimulverici məqsəd də daşıyır. Yəni bəzi insanlara işini, tutduğu yolu, məqsədini daha da yüksək səviyyədə davam etməsinə, bəzi insanlara isə onları ətalət vəziyyətindən çıxarmaq və stimul vermək məqsədi ilə verilir. Etimadnamə digər mükafatlardan, fərmandan, diplomdan bu xüsusiyyətləri ilə fərqlənir. Elə buna görə də Etimadnaməni təqdim edən partiya sədri böyük siyasi əhəmiyyət kəsb edən bir addım atır. Etimadnamədən hər hansı yayınma sədirə və onun təmsil etdiyi təşkilata qarşı hörmətsizlik kimi izah edilə bilər. Çünki bu sənəd təqdim olunan insanlara onlara etimad edildiyini göstərmək üçün verilir. Bu səbəbdən Etimadnamə təqdim olunan şəxsin üzərinə götürdüyü missiya mühim siyasi hadisədir.


Milli Dirçəliş Hərəkatı Partiyası artıq bu sahədə öz işinə start verib. Yəni MDHP siyasi arenada bir innovasiya etdi. Bununla da MDHP siyasi partiyalar və təşkilatlar arasında yenə özünəməxsusluğu ilə seçilir. MDHP belə bir təqdimetməni ilk dəfə “Uluxanlı 130” adlı keçirdiyi tədbirdə reallaşdırdı.
MDHP-də Etimadnamə…

MDHP-də Etimadnamə…

MDHP-də Etimadnamə…

Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan departamentinin keçirdiyi “Uluxanlı 130” tədbirində itirilmiş torpaqlarımızın azad olması, ata-baba yurdlarımıza böyük qayıdış üçün ardıcıl fəaliyyət göstərən aparıcı şəxslərə MDHP adından etimadnamə hazırlanıb təqdim edildi. Biz inanırıq ki, bundan sonra bu mübarizə təzyiqi daha da güclənəcək və MDHP-nin etimadnaməsi öz gücünü göstərəcəkdir.

MDHP sədri Fərəc Quliyev Etimadnamələri təqdim edərkən öz çıxışında bildirdi ki, biz bütün stereotipləri qırdıq, yəni həmişə diplom verirlər, mükafat verirlər, biz etimadnamə veririk, yəni biz etimad edirik, düşünürük, bu ümiddəyik ki, bu insanlar bundan sonra da fəaliyyətlərini davam edəcəklər.

MDHP tərəfindən təqdim olunun bu termin “Etimadnamə” və bu diplom növü özündə Azərbaycanda bir yenilik oldu.

davam.az Leyla.
Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed