Şrift:
Sabah Bakıda yağış yağacaq
20.06.2013 [13:44] - Gündəm, Bildiriş
Sabah Bakıda yağmurlu hava şəraiti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isəiyunun 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
İyunun 21-də Abşeron yarımadasında arabir güclənən şimal küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yaratsa da, iyunun 22-23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed