Şrift:
Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda baş verən zəlzələyə aydınlıq gətirib
16.11.2011 [15:59] - Gündəm
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, Azərbaycanda seysmoloji fon normaldır və heç bir narahatlığa səbəb yoxdur.

"Dünən gecə saatlarında zəlzələ Xəzərdə olan kiçik ocaqlarda baş verib. Bu da normal prosesdir. Əgər zəlzələ ocaqları varsa, bu cür kiçik hiss olunan və ya olunmayan yeraltı təkanların baş verməsi təbiidir", - çərşənbə günü Trend-ə Mərkəzin baş direktoru Qurban Yetirmişli deyib.

Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə zəlzələ baş verib. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.

Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 49 km cənub-şərqdə, Xəzər dənizində olub.

İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.

Yetirmişli deyib ki, gün ərzində Azərbaycanda 5-6 kiçik yeraltı təkanlar qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed