Şrift:
“Azadlıq” meydanında hərbi paradda iştirak edəcək şəxsi heyətin təlim məşqləri başlayıb
21.06.2013 [19:26] - Xəbərlər, Hərb
“Azadlıq” meydanında iyunun 26-da keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyətin təlim məşqləri başlayıb.

Paradda iştirak edəcək şəxsi heyət təntənəli marşla tribunanın önündən keçiblər.

Təlim məşq zamanı Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hərbi Təhsil Müəssisələrinin kursantları, Milli Təhlükəsizik Nazirliyinin Akademiyasının kursantları, Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının şəxsi heyəti, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Sərhəd Qoşunları şəxsi heyəti, Daxili Qoşunlar xüsusi təyinatları, Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri, Sülhməramlı Qüvvələr və Hərbi Orkestr keçid edib.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed