Şrift:
ABŞ İranı öz tərəfdaşı hesab edə bilər
22.06.2013 [12:28] - Siyasət
Amerika Həsən Ruhani ilə danışıqlara hazırdı
ABŞ İranın yeni prezidenti ilə əməkdaşlığa hazırdır. APA-nın «Radiofərda»ya istinadən məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib.

Onun sözlərinə görə, İran öz nüvə proqramı ilə bağlı öhdəliklərinə bağlı qalarsa və BMT-nin Təhlükəsizlik Şurası ilə əməkdaşlıq edərsə, ABŞ-ı öz tərəfdaşı hesab edə bilər.

Ç.Heygel deyib ki, ABŞ hər cür yolla İranın nüvə silahına sahib olmasının qarşısını alacaq və bunun üçün bütün seçimlər hələlik masa üzərindədir.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed