Şrift:
Türkiyə də lazer silahı istehsal edəcək
24.06.2013 [14:18] - Gündəm, Türk dünyası-Turan, Hərb
Artıq yerli mütəxəssislər müvafiq layihəni təqdim ediblər
Türkiyə müdafiə sənayesi müasir tələblərə cavab verən 2 lazer silah sisteminin istehsalını planlaşdırıb. Bu silahın köməyi ilə yerüstü və hava hədəflərini dəqiqliklə məhv etmək mümkün olacaq.Türk mətbuatı xəbər verir ki, Türkiyə Elm Sənaye və Texnologiyaları naziri Nihat Ergünün sözlərinə görə, yeni lazer silahı sistemi ilk öncə pilotsuz hava vasitələrini məhv etmək üçün nəzərdə tutulub: “İkinci lazer silah sisteminin isə gəmilərdə quraşdırılması planlaşdırılır. Artıq bu silah sisteminin oxşarı ABŞ-da hazırlanıb və Fars Körfəzində bir döyüş gəmisində tətbiq edilir”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda lazer silah sistemi layihəsi Amerika, Rusiya, Çin, İsrail və Almaniya tərəfindən inkişaf etdirilirr. Türkiyə 6 ildən sonra lazer silah sistemini istehsal edəcək.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed