Şrift:
TQDK imtahanın nəticələrini açıqladı
24.06.2013 [16:17] - Gündəm, Gənclik
TQDK imtahanın nəticələrini açıqladı
1666 abituriyentdən 858 nəfər “məqbul” qiyməti alıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.TQDK- xəbər verir ki, imtahanın nəticələri həmin gün - iyunun 23-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak edən 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed