Şrift:
ABŞ İrana görə Yaponiya bankını 250 milyon dollar cərimələyib
25.06.2013 [10:43] - Gündəm, Siyasət
ABŞ Yaponiyanın ən böyük bankı olan “The Bank of Tokyo-Mitsubishi UFJ”ni 250 milyon dollar cərimələyib.Buna səbəb bankın İrana qarşı beynəlxalq sanksiyaları pozmasıdır.

Xəbərdə bildirilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ” 2002-2007-ci illər ərzində Nyu-Yorkdakı şöbəsi vasitəsilə İran dövləti və vətəndaşlarına milyardlarla dollar pul köçürüb: “Ancaq bank işçiləri mütəşəkkil şəkildə bu transferlərlə bağlı məlumatları sistemdən silməklə mübadilənin kimlər arasında baş verməsinin izini itiriblər”.

Məlumatda həmçinin deyilir ki, “The Bank of Tokyo-Mitsubishi UFJ”nin Nyu-Yorkdakı şöbəsi 100 milyard dollar həcmində 28 min qeyri-qanuni pul transferi həyata keçirib və bununla da sanksiyaları pozub: “Artıq bank rəsmiləri cəriməni qəbul edib və gələcəkdə bu cür pozuntu hallarının baş verməsinə imkan verməyəcək”.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed