Şrift:
BMT komissiyası İranın Yəmənə silah göndərdiyini bildirir
25.06.2013 [11:43] - Gündəm, Siyasət
Bu barədə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Həqiqətləri Araşdırma Komissiyasının hesabatında bildirilir.
Hesabatda deyilir ki, bu ilin may ayında sözügedən komissiyanın mütəxəssisləri Yəmənə səfər ediblər: “Onlar Yəmənin Sahil Mühafizə Xidməti və ABŞ (Amerika Birləşmiş Ştatları) Hərbi-Dəniz Qüvvələrinin bu il yanvarın (january) 23-də Yəmənin sahil sularında ələ keçirdiyi “Dünya” adlı gəmidə araşdırmalar aparıblar”.

Sənəddə qeyd edilir ki, gəmidə 122 millimetrlik mərmi, RPG tipi tankvuran, C-4 partlayıcı və elektronik cihazlar mövcud olub: “Gəmidəki silahlarla daha əvvəl ələ keçərilən İran istehsalı silahlarla qablaşdırma və etiketləşdirmə kimi vizual (bəsəri) bənzərliklər ortaya çıxarılıb”. Hesabatda həmçinin İranın BMT-nin 2007-ci ildə qəbul etdiyi 1747 saylı qərarına qarşı çıxdığı vurğulanır.


Qeyd edək ki, BMT-nin 1747 saylı qərarı İranın öz ərazisi üzərindən gəmi və təyyarə ilə və ya birbaşa və dolayı yollarla silah ticarəti ilə məşğul olması, ya da nəql etməsi qadağandır.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed