Şrift:
Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (VİDEO)
25.06.2013 [13:45] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub
naziri Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatlar prezidenti Barak Obama arasında telefon danışığı olub. Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub.

Türkiyə hökumətinin yaydığı məlumata görə, söhbətdə əsasən Suriya məsələsi müzakirə olunub. İki lider, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə işarəylə, siyasi həll üçün Türkiyə və ABŞ-ın birlikdə fəaliyyət göstərməyə, Suriya koalisiyasını və ali hərbi şuranı dəstəkləməyə davam edəcəklərini bildiriblər. Terrorizmlə mübarizə mövzusunda da birgə fəaliyyət və əlaqələndirmənin davam edəcəyini ifadə ediblər. Baş nazir Gəzi parkı ilə bağlı hadisələr haqqında da Birləşmiş Ştatlar prezidentinə məlumat verib. İki lider, söhbət çərçivəsində mətbuat və ifadə azadlığının, zorakılıq olmayan toplantı və nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed