Şrift:
DAK-a üzv olanlar hansı partiyadan keçib? - AÇIQLAMA
26.06.2013 [00:07] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Məlumat verdiyimiz kimi, Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan (Ermənistan) nümayəndəliyi yaradılıb. Alim Səməndər Mehdiyevin rəhbərliyi ilə doqquz nəfərlik idarə heyəti formalaşdırılıb.

Həmin ziyalıların Fərəc Quliyevin sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan departamentindən istefa verərək DAK-a üzv olması haqqında məlumat dərc etmişdik

Bakuinfo.Az-ın əməkdaşı məsələ ilə bağlı DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli ilə danışaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

Açıqlamasında bildirib ki, nümayəndəliyin rəhbəri 2005-ci ildən VHP-nin üzvüdür. "DAK-ın Qərbi Azərbaycan nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev 2005-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. O ki, qaldı gələn digər ziyalılara, onlardan YAP-ın da, digər partiyaların da üzvü olan adamlar var. Heç bir partiyanın üzvü olmayanlar da var. Ola bilər ki, hansısa MDHP-nin üzvü olsun. DAK ictimai təşkilatdır, siyasi təşkilat deyil ki, insanlara qadağa qoyulsun. Hər partiyadan insanlar DAK-a gələ bilər” – deyə Real Cəfərli bildirib.


İlkin Novruzlu
Bakuinfo.Az
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed