Şrift:
DİN Sumqayıtdakı qanlı olayla bağlı rəsmi məlumat yayıb
26.06.2013 [19:26] - Gündəm, Hadisə
İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Habil Həsənov arasında münaqişə baş verib. DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, bu zaman H.Həsənov ov tüfəngindən atəş açaraq Nübarı qətlə yetirib və hadisə yerindən qaçıb.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi və 24 ədəd patron ondan götürülmüşdür.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed