Şrift:
Ermənistan iqtisadiyyatı tamamilə Moskvanın nəzarətinə keçəcək
27.06.2013 [12:33] - İqtisadiyyat, Qərbi Azərbaycan-İrəvan
"Qazprom"un qiymət siyasəti erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin artmasına səbəb olub

"Qazprom"un qazın qiymətini qaldırması Cənubi Ermənistanda nəhəng anti-Rusiya dalğasına səbəb olub. Hətta bəzi parlamentarilər və siyasətçilər Moskva ilə iqtisadi, ticarət əlaqələrini kəsməyi, digərləri isə "Qazprom"un dərhal Ermənistanı tərk etməsini tələb edirdi. Respublika isə daha yaxın münasibətdə olan İrandan qaz almağa meylli idi.

Rəsmi məlumatlara görə, Ermənistanda prezident seçkisindən sonra qaz tarifi 64 faiz artıb.

Təbii ki, işlərin belə gedişatı Rusiyanı narahat etməyə bilməzdi. Axı Ermənistan Cənubi Qafqazda Rusiyanın demək olar ki, yeganə strateji tərəfdaşıdır. Məhz buna görə, Rusiya şirkəti qazla bağlı mümkün endirimlər haqda danışıqlara başlayıb. "Qazprom" nümayəndəsi Sergey Kupriyanovun sözlərinə görə, qaz inhisarçısı olan “Qazprom” “Armqazprom”da öz payını artırmaq istəyərdi. Yəni ki, konyak zavodu istisna olmaqla, bu şirkət başqa iri müəssisələr kimi Rusiyanın nəzarətində olacaq.

Düz deyirlər - havayı pendir ancaq tələdə olur. Bunun üçün də əksər ekspertlər hesab edir ki, yaxın vaxtlarda müstəqil Ermənistanın iqtisadiyyatı ancaq Moskvadan asılı olacaq.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed