Şrift:
Bakıdakı parad erməniləri vahiməyə saldı
27.06.2013 [13:04] - Gündəm, Hərb
Ermənistanın müdafiə naziri hərbi paradı şərh edib

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakıda hərbi paradın keçirilməsi Ermənistanda böyük əks-səda doğurub.

Ermənistanın ayrı-ayrı yüksəkrütbəli məmurları və müdafiə naziri Seyran Ohanyan Bakıda keçirilən hərbi parad haqda danışıblar. S. Ohanyan hərbi paradda nümayiş etdirilən hərbi texnikaya işarə edərək bildirib ki, Ermənistan tərəfi silahlanma yarışına qoşulmayacaq.

Ermənistanın ArmeniaToday saytında isə Bakıda keçirilən hərbi paradla bağlı gedən xəbərlərin şərh bölməsində sadə erməni vətəndaşların vahimə dolu şərhləri diqqət çəkib.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed