Şrift:
Türkiyədə bir qrup azərbaycanlı fəal İran əleyhinə piket keçirib
16.11.2011 [18:58] - Gündəm
Türkiyədə mühacir həyatı yaşayan, əslən İrandan olan bir qrup azərbaycanlı fəal bu ölkənin Nevşehir şəhərində etiraz aksiyası keçirib. Piket iştirakçıları ağızlarını bağlayaraq əllərində Azərbaycan və Türkiyə bayraqları tutub, həmçinin türk, fars və ingilis dillərində “35 milyon Güney Azərbaycan millətinə azadlıq!”, “Azərbaycan canımdır, Urmu gölü qanımdır!”, “Olsa da qızıldan qəfəsim, azadlığa var həvəsim!”, “Nə xöşbəxtəm türkəm dedikləri üçün həbsdədirlər!”, “Free South Azerbaijan National Prisoners!” və s. şüarlar yazılmış plakatlar qaldırıblar. Aksiyada İran hökumətindən bu ölkənin həbsxanalarında saxlanılan azərbaycanlı fəalların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub. Sonda piketin qətnaməsi oxunub. Aksiya insidentsiz başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed