Şrift:
Fakt (108 N-li sərəncam) Rəhim Qazıyevin fikirlərini təkzib edir.
28.06.2013 [16:31] - Xəbərlər, MDH, DAVAMın yazıları
Moderator.az saytında 27.06.2013-cü il tarixdə Rəhim Qazıyevlə müsahibə dərc edilmişdir. Müsahibənin bir hissəsində Rəhim Qazıyev AXC İcraiyyə Komitəsinin 9 fevral 1993-cü il bəyanatını Ağdamdakı Fərrux əməliyyatı ilə əlaqələndirir. Bu doğru deyildir. Milli Dirçəliş Hərəkatı Partiyası sədri, millət vəkili Fərəc Quliyevin ünvanına söylənən ittihamların əsassız olduğunu sizə göndərdiyimiz 108 N-li sərəncamdan da görmək mümkündür. Aşağıda Rəhim Qazıyevin müsahibəsindən hissəni və AXC İcraiyyə Komitəsinin 9 fevral 1993-cü il bəyanatını doğuran səbəb kimi 108 N-li sərəncamı diqqətinizə çatdırırıq.
Rəhim Qazıyevin müsahibəsindən hissə:

“-Sizdən müsahibə götürüb Surət Hüseynovu soruşmamaq doğru olmaz. 92- ci ilin 9 fevralında AXC İcraiyyə Komitəsinin onu vətən xaini elan etməsi Qarabağın təkrar itirilməsində nə dərəcədə rol oynadı?
-Təsəvvür edin, Fərəc Quliyev fevralın 8-də Naxçıvandan gələrək həmin vəzifəyə təyinat alır. Ona qədər Tofiq Seyidov AXC İcraiyyə Komitəsinə başçılıq edirdi. Sual olunur, heç 24 saat keçməmiş Fərəc Quliyev ordudadı bu qədər problemi hardan araşdırıb belə bir ultimativ sənəd ortaya çıxardı? O müdafiə nazirliyində olan məxfi sənədin əsasında bəyanat verib. Bundan böyük xəyanaət olardımı?
-Hansı məxfi sənəddən söhbət gedir?
-O sənədi yalnız Ali baş Komandan götürə bilərdi. Orda Ağdamdakı Fərrux əməliyyatının uğursuz keçməsi səbəblərindən söhbət gedirdi. Ancaq Fərəc Quliyev bunu hansı yollasa əldə etmişdi. Onun ordunu yerindən oynadan bu addımı doğrudan da bütün əsəblərimi pozdu və fevralın 13-də sonuncu, üçüncü dəfə istefa ərizəmi yazıb müdafiə naziri postundan birdəfəlik imtina etdim, dedim ki, insan da bu qədər namərd olarmı?”

İkinci ordu korpusu komandirinin HƏRBİ SƏRƏNCAMI №108 olduğu kimi
Fakt (108 N-li sərəncam) Rəhim Qazıyevin fikirlərini təkzib edir.



Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed