Şrift:
Hillari Klintonun maşın karvanını daşa basıblar
17.11.2011 [11:08] - Köşə yazarları
Filippində 40-50 nəfərlik kütlə Manilada səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klintonun maşın karvanına hücum edib. Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentlə bağlı məlumatı Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner məlumat verib. Onun sözlərinə görə, karvanda qabaqda gedən maşına yumurta, içərisinə rəng doldurulmuş şarlar və daş atılıb.

Diplomat məlumat verib ki, hadisə zamanı Hillari Klinton Prezident sarayından digər görüş yerinə gedirmiş. Hücuma məruz qalan maşın karvanı dərhal ərazini tərk edib və təyin olunan məntəqəyə çatıb. Amerika xarici siyasət idarəsi rəhbərinin olduğu avtomobil hücuma məruz qalmayıb.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed