Şrift:
Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17.11.2011 [11:10] - Gündəm
Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini X. Xələfov və Rusiya prezidentinin Rusiyanın MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri A.V. Qolovinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüşdə Xəzəryanı Dövlət Başçılarının 18 noyabr 2010-cu il tarixində Bakıda keçirilmiş Zirvə Görüşündə qəbul olunmuş protokol qərarının və Xəzəryanı Dövlət Başçılarının Birgə Bəyanatının icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə edilib, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin qarşılıqlı maraq doğuran müddəaları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin qarşılıqlı faydalı olduğu qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed