Şrift:
Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub
01.07.2013 [10:35] - Gündəm, Hərb
Mövqelərmiz bir neçə istiqamətdən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed