Şrift:
Rusiya – İran: Xəzərdə birgə hərbi manevr
01.07.2013 [11:54] - Gündəm, Hərb
Rusiya Hərbi Dəniz Donanması və İslam Respublikası 2013-cü ilin ikinci yarısında Xəzərdə birgə hərbi manevr keçirməyi planlaşdırıb.



«RİA Novosti»-in məlumatına görə, bu haqda jurnalistlərə Xəzər donanmasının komandanının müavini Nikolay Yakubovski açıqlama verib.





İran Hərbi Dəniz Donanması raket gəmisi komandirlərinin Həştərxana qeyri-rəsmi səfəri zamanı aparılan müzakirələrdən sonra açıqlama verilib.



İslam Respublikası donanması da öz növbəsində bu təlimə maraq göstərdiyini bildirib. İran gəmiləri qrupunun komandiri Məhəmmədhəsən Azərpekan deyib ki, əgər yüksək komandanlıq heyəti bu haqda qərar qəbul edərsə, onu «məmnunluqla həyata» keçirərlər.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed