Şrift:
Hərbi xidmətə çağırış başlayıb
01.07.2013 [15:37] - Xəbərlər, Hərb
Hərbi qulluqçular iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2013-cü il tarixli əmrinə əsasən bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

İyul ayının sonunadək davam edəcək çağırış müddətində vətəndaşlar Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrə göndəriləcəklər.

Çağırışla əlaqədar iyunun 30-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında vətəndaşların həqiqi hərbi xidmət yerini öyrənə bilmələri üçün xüsusi bölmə yaradılıb. Vətəndaşlar http://seferberlik.gov.az/online/elektron/military linkinə daxil olmaqla təyin olunduqları hərbi hissəni öyrənə bilərlər.

Eyni zamanda, dövlət başçısının əmrinə əsasən bu gündən etibarən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed