Şrift:
Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub
02.07.2013 [10:24] - Xəbərlər, Hərb
Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Baş Qərvənd və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed