Şrift:
Misir ordusu təxribatlardan ehtiyat edir
02.07.2013 [10:29] - Gündəm, Siyasət
Misir Silahlı Qüvvələrinin komandanlığı ölkə vətəndaşlarını ordunu nüfuzdan salmaq məqsədilə yaxın günlərdə mümkün təxribatlar barədə xəbərdar edib və ayıq-sayıq olmağa çağırıb. RİA Novosti məlumat verir ki, bu barədə Misir SQ-nin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Bütün hərbçilər ciddi şəkildə müəyyən ərazilərdə yerləşdiriblər, onlar yalnız hərbi komandanlığın əmri ilə yerlərini tərk edirlər. Xalqın toplaşdığı yerlərdə hərbi formada olanlar şübhə yaratmalıdır. Vətəndaşları onlarla qarşılıqlı münasibətdə olmazdan əvvəl həbri formada olanların kimliyini aydınlaşdırmağa çalışırıq".
Hərbçilər, həmçinin vətəndaşlara hərbi formadan qeyri-qanuni istifadəyə və hərbi obyektlərə icazə verilmədən yaxınlaşmağa görə məsuliyyət barədə xəbərdalıq edib.
Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed