Şrift:
Bu gün Avropa miqyaslı klub turnirlərində növbəti mövsüm start götürəcək
02.07.2013 [13:59] - Gündəm, İdman
“Xəzər-Lənkəran” Maltada “Slima”nın, “Qarabağ” isə Makedoniyada “Metallurq”un qonağı olacaq
Bu gün futbol klublarımız Avropa miqyaslı turnirlərdə növbəti mövsümə start verəcək. İlk olaraq, mübarizəyə Avropa Liqasındakı təmsilçilərimizdən “Xəzər Lənkəran” və “Qarabağ” başlayacaq.

Hər iki klubumuz Avropa Liqasının ilk matçını səfərdə keçirəcək. Ölkə kubokunun finalçısı “Xəzər-Lənkəran” Maltada “Slima”nın, ölkə çempionatının gümüş mükafatçısı “Qarabağ” isə Makedoniyada “Metallurq”un qonağı olacaq.

“Qarabağ” 3 il öncə “Metallurq”la üzləşib. O zaman cütün taleyini ev matçını qazanmaqla ilk oyundaca həll edən ağdamlılar səfərdə bərabərliyə qalmışdı. İndi isə “Qarabağ” yeni mövsümə səfər matçı ilə başlayacaq. Klub reytinqində “Qarabağ”la rəqibi arasında böyük səviyyə fərqi var. Belə ki, Ağdam təmsilçisi “Metallurq”u 125 pillə üstələyir.

“Xəzər Lənkəran”ın “Slima” ilə görüşü isə futbol tariximizə bir ilk kimi düşəcək. Belə ki, klublarımız Malta təmsilçisi ilə qitə miqyaslı turnirlərdə hələ üzləşməyib. Klub reytinqində “Slima” lənkəranlılardan 81 pillə geridir. Cənub klubu ada təmsilçisi ilə oyuna itki ilə çıxacaq. “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev bir oyunluq cəzalı olduğundan səfər matçında komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed