Şrift:
Ermənilərə kafir deyən türklərə həbs cəzası
02.07.2013 [14:52] - Gündəm, Türk dünyası-Turan
Erməni əsilli iki nəfərə "erməni gavuru" deyən qardaşlara qarşı iddia qaldırııb

Türkiyədə türklər erməni əsilli vətəndaşları təhqir etdiklərinə görə həbs edilə bilərlər.Türkiyə mətbuatının verdiyi məlumata görə, artıq İstanbul prokurorluğu iki nəfərin azadlıqdan məhrum edilməsi ilə bağlı iddia qaldırıb.

Məlumata görə, Yusuf Polat və Mehmet Zahit erməni əsilli Türkiyə vətəndaşı olan ata və oğula - Levon və Artun Balcıoğluna "erməni gavurları" deyib.

Hadisə aprelin 21-də baş verib. İddiaya görə, erməni əsilli türklər işlətdikləri özəl məktəbin bufetində çalışmaq üçün Filiz Uyar adlı qadınla müqavilə imzalayıblar. Qadının ortağı olan Yusuf Polat bufetə kənardan müştəri gətirmək istəyib. Bu zaman ata-oğul ona icazə verməyib və bufetə mühafizəçi təyin ediblər.

Y.Polat da ona müraciətlə "Bunların qulu olma. Bunlar erməni gavurlarıdır" deyib. Bir necə gün sonra onun qardaşı Zahit Polatda erməni əsilli sahibkarları təhdid edib.

Bundan sonra prokurorluq hər iki şəxs barəsində "erməniliyə həqarət"lə bağlı cinayət işi açıb. İndi onlar 6 aydan iki ilə qədər azadlıqdan mıəhrum edilə bilərlər. Əgər Polat cəza alsa, Türkiyədə "erməniliyə təhqir" olaraq adlandırılan işdən ilk məhkum olan şəxs olacaq.

Maraqlıdır görəsən, türklər başqa xalqların nümayəndələrini təhqir etsəydilər, onlara nə qədər cəza veriləcəkdi?
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed