Şrift:
ABŞ-İrana qarşı yeni sanksiyalar tətbiq etdi
03.07.2013 [11:07] - Siyasət
Sanksiyalar İranın neft satışı, dəniz nəqliyyatı, gəmi istehsalı, xarici valyuta, qiymətli metallar, sənayedə işlənən əmtəələrin alqı-satqısının qarşısını alacaq. Bir sözlə, İranın tətbiq edilmiş sanksiyalardan yayınmasının qarşısını almaq məqsədilə atılıb. Sanksiya İrana neft satışının qarşılığında qızıl almasına da icazə verməyəcək. Ancaq sanksiyalar İranın dərman və qida məhsulları almasını özündə ehtiva etmir. ABŞ hökuməti isə bu sanksiyanı pozacaq şirkətləri təhdid edərək, onların bu ölkədəki əmlakının, bank hesablarının müsadirə olunacağını və ABŞ bazarına daxil ola bilməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, ABŞ İranın bütövlükdə neft və təbii qaz satışının qarşısını almağı qarşısına məqsəd qoyub. Ona görə də rəsmi Vaşinqton İraqa və Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrə neft hasilatını artırmaqla İranın neftinin boşluğunu doldurmağı istəyib.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed