Şrift:
Türk xalqları ‘Kanada Günü’ paradına qatılıb
04.07.2013 [11:54] - Gündəm, Diaspor
Kanadanın Vankuver şəhərində yaşayan türk xalqları yürüşlər və rəqslərlə ilk dəfə olaraq hər il iyulun 1-də keçirilən möhtəşəm Kanada Günü paradında iştirak edib.


Güney Azərbaycan, habelə Azərbaycan Respublikası, Qazaxstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrdən olan türk xalqlarının nümayəndələri Avro-Asiya Cəmiyyəti adı altında Kanadada müxtəlif mədəniyyətlər və muxtəlifliyi təmsil edən möhtəşəm parada birgə qatılıblar.


Paradda güney azərbaycanlı gənclərinin təşkil etdiyi Çiçəklər Rəqs qrupu şəhər mərkəzində həyata keçirilən uzun məsafəli yürüş boyu Azərbaycan rəqslərini ifa edib.


Kanada Günü Azərbaycan türklərinin proqramları Vankuverdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.


Hər il iyul ayının birində qeyd edilən olan Kanada Günü bu ölkənin milli bayramıdır və Kanadanın muxtəlif əyalətlərində şənliklər və möhtəşəm paradlarla qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed