Şrift:
Ermənistan eyni anda iki stulda oturmağa çalışır
04.07.2013 [13:40] - Siyasət
ABŞ-da Ermənistanın Qarabağ münaqişəsinin həlli üçün güzəştə getməli olduğunu hesab edirlər

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamandə həlli üçün güzəştə getməlidir. ABŞ-da belə hesab edirlər.

Vaşinqton Ermənistandakı səfiri Con Heffern vasitəsilə yaxın gələcəkdə İrəvanın davranışına dair öz istəklərini aydın çatdırıb. Bu hər şeydən öncə Avropa Birliyi ilə siyasi yaxınlaşma və Rusiya ilə normal münasibətlərdir. Erməni politoloq Armen Badalyanın sözlərinə görə, bu da qərbin təsirini gücləndirəcək və pararlel olaraq Rusiyadan asıllığı azaldacaq.

Ekspertin fikrincə, Türkiyə münasibətlərin normallaşdırılması barədə ayrıca bənd - amerikalıların nöqteyi nəzərindən Qarabağ münaiqəinin nizamlanmasında erməni tərəfinin güzəştə getməsinin vacibliyinə işarədir.

"Kim nə deyir desin, amma erməni-türk münasibətləri və Dağlıq Qarabağ münaqişəsi bir medalyonun iki tərəfidir".

Ekspert hesab edir ki, ermənilər dəfələrlə bildiriblər ki, bunlar bir biri ilə bağlı olan məsələlər deyil. Amma ancaq burda fərqli düşünürlər. Onun fikrincə, qərb prezident Sarkisyanın inkişafın Asiya və ya Avropa yolunun seçəcəyi barədə 100 faizlik qətiliyinə əmin deyil. "Ermənistan eyni anda iki stulda oturmağa çalışır".

"Əgər Cənubi Qafqazda yaranmış vəziyyəti nəzərə almasaq, biz belə bir təsvirlə qarşılaşa bilərik - ABŞ və Qərb Azərbaycandan tam razıdır: orada neft, qaz, Əfqanıstana hərbçilərin tranziti və təhcizatı və başqa şeylər var. Gürcüstan - tamamilə Qərbə oriyentasiya olunmuş ölkədir. Ancaq Ermənistanda Rusiya hakimlik etməyə davam edir və görünüşə görə, məhz o bu Cənubi Qafqaz ölkəsindəki parada rəhbərlik edəcək ki, bu da təbii olaraq Ermənistanın Qərb dünyası ilə münasibətlərinin yoluna qoyulmasında ciddi baryer olacaq", deyə ekspert izah edib.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed