Şrift:
İsgəndəriyyə Kitabxanasının direktoru Bakıya gələcək
05.07.2013 [10:11] - Gündəm, Mədəniyyət
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, dünyanın ən qədim və tarixi kitabxanası olan İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti, Dünya Bankının 1992-2000-ci illərdə I vitse-prezidenti İsmayıl Seragəldin 15-19 iyul tarixlərində Bakıda səfərdə olacaq.
Mərkəzdən verilən məlumata görə, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
İsmayıl Seragəldin 5-8 mayda Bakıda keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq edirdi və İsgəndəriyyə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının əbədiləşdirilməsi üçün büstünün qoyulması, həmçinin İsgəndəriyyə Kitabxanasında Nizami adına bölmənin yaradılması təşəbbüsünün rəhbəridir.
Məhz İ.Seragəldinin rəhbərlik etdiyi komissiya tərəfindən Nizami Gəncəvinin 1000-dən çox orijinal əlyazması və illüstrasiyalar təmənnasız olaraq Azərbaycana gətirilib.
Səfər zamanı Dr. İ.Seragəldini YUNESKO-nun sabiq baş direktoru və Mərkəzin digər üzvü Dr. Federiko Mayor müşayət edəcəklər.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed