Şrift:
Misirlə Qəzza arasındakı sərhədd keçid məntəqəsi bağlanıb
08.07.2013 [16:19] - Gündəm, Siyasət
Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən və hakimiyyətin müvəqqəti hökumətin əlinə keçməsindən sonra ölkənin Rəfah keçid məntəqəsi bağlanıb. Türkiyə mətbuatından əldə edilən məlumata görə, Misirlə Qəzza arasında sərhəd məntəqəsi olan Rəfah qapısının bağlanma səbəbləri açıqlanmır.

Qeyd edək ki, sərhədin bağlanması faktını Fələstin rəsmiləri də təsdiqləyiblər.

Onu da bildirək ki, Rəfah keçidi 1,8 milyon əhalisi olan Qəzzanın dünyaya açılan yeganə qapısıdır.

davam.az Coşqun.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed