Şrift:
İran Xəzərdə hərbi dəniz təlimləri keçirir
09.07.2013 [11:17] - Hərb
İran Xəzər dənizində "Sustainable Security 2013" adlı hərbi dəniz təlimlərinin keçirilməsinə başlayıb.
Komandirlərin sözlərinə görə, beş gün davam edəcək təlimlər dəniz yollarının qorunmasına, ticarət gəmilərinin və tankerlərin təhlükəsizliyinin təmin olunmasına, o cümlədən mümkün təhlükələrə qarşı hərbi və liman qurğularının hazırlığının təmin olunmasına yönəldilib.

Təlimlər Gilan və Mazandaran əəyalətlərinin hərbi dəniz qüvvələrinin əməkdaşlığı nəticəsində Astara, Noşəhr, Ənzəli və Əmir Abad liman şəhərlərində keçirilir.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed