Şrift:
Azərbaycan Bolqarıstana 200 əsgər göndərir
09.07.2013 [13:21] - Hərb
Bu ölkədə Azərbaycan və ABŞ hərbçiləri birgə təlimlər keçirəcək
“Sülh naminə tərəfdaşlıq” fərdi tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və ABŞ hərbçiləri birgə təlimlər keçirəcək.Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən iyulun 15-dən Bolqarıstanın Novo Selo hərbi poliqonunda “Qara Dəniz Rotasiya Qüvvələri 2013” səhra şəraitində taktiki təlim keçiriləcək.

Təlimdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.

Hərbi təlim avqustun 4-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed