Şrift:
İran rəsmilərindən Tiflisin qərarına reaksiya
10.07.2013 [11:03] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Gürcüstanın İran vətəndaşları üçün viza rejiminin birtərəfli ləğvi barədə qərarı iki ölkə arasında ikitərəfli münasibətlərə mənfi təsir edəcək”. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyalarının sədri Mənsur Həqiqətpur mətbuata açıqlamasında bildirib. Həqiqətpur qeyd edib ki, Gürcüstan hakimiyyəti İranın onlara yardım üçün verdiyi dəstəyi qəbul etmək əvəzinə, Qərb və Amerika ağalarına çalışır.

İran parlamentinin digər millət vəkili Ələddin Burucerdi də viza rejiminin ləğvi ilə bağlı Gürcüstan hakimiyyətini tənqid edib. O bildirib ki, Gürcüstan hakimiyyəti imzalanan sazişə hörmət qoymur.
Qeyd edək ki, 45 günlük vizasız rejimin tətbiqi haqqında saziş 2010-cu ilin noyabrında Tiflisdə Gürcüstan və İran xarici işlər nazirləri arasında imzalanıb. Saziş 2011-ci ilin sonunda qüvvəyə minib və bu, İrandan Gürcüstana gələnlərin sayının artmasına təsir göstərib. Əgər 2010-cu ildə Gürcüstan gələn iranlıların sayı 21 300 nəfər idisə, bu rəqəm 2012-ci ildə 89,600-ə çatıb.
Bu il iyulun 1-dən Gürcüstan birtərəfli şəkildə İran vətəndaşları üçün vizasız rejimi ləğv edib.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed