Şrift:
Neft Daşlarında yeni qaz turbin elektrik stansiyası istifadəyə verilib
10.07.2013 [11:36] - İqtisadiyyat
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də qaz turbin elektrik stansiyasının açılışı olub.



Bu, sayca ikinci qaz turbin elektrik stansiyasıdır. Stansiyanı “Neftqaztikinti” trestinin 7 saylı tikinti quraşdırma idarəsi tikib.



Tikinti işlərinə rəhbərlik edən Baxış Ağayev “APA-Economics”ə bildirib ki, layihəyə ABŞ-ın “Solar” şirkəti avadanlıq verib, İtaliyanın “Renco” firması isə layihəni icra edib. Layihənin tam tikinti quraşdırma işini isə “Neftqaztikinti” trestinin 7 nömrəli tikinti quraşdırma idarəsi həyata keçirib: “Birinci stansiya sovet dövründən qalma stansiya idi, bu isə sayca ikinci idarədir. Stansiya dünya standartlarına tam cavab verəcək. Layihəyə 86 mln. manat vəsait yatırılıb. İkinci qaz turbin elektrik stansiyasıdır 2 650 kvadrat metri əhatə edəcək və bu gündən istismara başlayacaq”.


Qeyd edək ki, stansiya dənizdə “Günəşli” və “Neft daşları” yatağını tam şəkildə enerji ilə təmin edəcək.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed