Şrift:
Bu il Azərbaycanın sərhəd mühafizəsində yeni hərbi hissələr fəaliyyətə başlayacaq
10.07.2013 [13:53] - Gündəm, Hərb
Bu il Azərbaycanın sərhəd mühafizəsində 6 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayacaq.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışında DSX rəisi, general-leytenant Elçin Quliyev məlumat verib.

E. Quliyev bildirib ki, tikinti quruculuq işləri ilə yanaşı sərhəd mühafizəsində müasir silahlar, avadanlıqlar, uçuş və üzmə vasitələri tətbiq edilir. DSX-ya həvalə edilmiş digər xüsusi tapşırıqların icrası üzrə fəaliyyətlər davam etdirilir.

«Bu gün əsas hədəfimiz Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsi, əsas məqsədimiz işğal altında olan dövlət sərhədlərinin azad edilməsidir», - deyə DSX rəisi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed