Şrift:
Azərbaycanlı ifaçı avropalıları heyran etdi
11.07.2013 [10:26] - Mədəniyyət
5 yaşlı Selcan Müseyibova səhnədəki çıxışı ilə həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb

Baxılıb: 352Bolqarıstanın Varna şəhərində uşaqlar arasında “Golden Sparkles European Music” festivalı başa çatıb. AzərTAc xəbər verir ki, müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib. O, müsabiqədə Məryəm Əlibəylinin “Oxuyaq nəğmələri” mahnısını ifa edib. Balaca ifaçının canlı ifası ilə bərabər, səhnədəki sərbəstliyi avropalıları heyran qoyub.

Bolqarıstan, İtaliya, Rusiya, Almaniya, Ukrayna, Ermənistan və s. kimi ölkələrdən çox istedadlı və səhnə təcrübəsi olan uşaqların iştirak etdikləri müsabiqədə bütün iştirakçılardan yaşda kiçik olan təmsilçimiz səhnədəki çıxışı ilə həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb. Selcan Müseyibova festivalda digər iştirakçılardan fərqlənərək 2 diplomla Vətənə dönüb. O, “Ən yaxşı hit” və “Ən perspektivli ifaçı” kimi təşkilat komitəsinin xüsusi nominasiyasına layiq görülüb.

Bundan əlavə, Selcan Müseyibova Avropanın digər ölkələrində keçiriləcək festivalların təşkilatçılarından təkliflər alıb. Balaca ifaçı 3 yaşından səhnədədir və hazırda “Cücələrim” uşaq qrupunun solistidir.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed