Şrift:
ABŞ Misirə qırıcıların yeni partiyasını göndərəcək
11.07.2013 [12:07] - Xəbərlər, Hərb
ABŞ yaxın həftələrdə Misirə "F-16" tipli dörd ədəd qırıcı təyarə göndərmək niyyətindədir. Bu barədə "əl-Cəzirə" telekanalı xəbər yayıb.
Məlumatda bildirilir ki, rəsmi Vaşinqton ötən ilin dekabrında Misirə 8 ədəd "F-16" tipli təyyarə çatdırıb. 2014-cü ilin yanvarında ABŞ Misirə daha 8 qırıcı təyyarə də çatdırmalıdır.
Belə yaxın vaxtlarda dörd qırıcı təyyarənin çatdırılmasını ABŞ rəhbərliyi Misirdə hazırda müşahidə olunan narahat dövrlə izah edir.
İyul ayının üçündə Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidenti seçkilərinin keçiriləcəyinə dair söz veriblər.
Misirdə olan islamçılar bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed