Şrift:
Azərbaycan Ordusunun əsgəri yaralanıb
11.07.2013 [12:51] - Gündəm, Hərb
Əsgər tabeliyindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində qarın nahiyəsindən xəsarət alıb

Azərbaycan Ordusunun əsgəri güllə yarası alıb.Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şəmsəddin Arzu oğlu İsgəndərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər. Məlumata görə, əsgər tabeliyindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində qarın nahiyəsindən xəsarət alıb. Hazırda onun vəziyyəti kafidir.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma gedir.

Qeyd edək ki, Ş. İsgəndərov Bərdə rayonundan hərbi xidmətə çağırılıb.
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed