Şrift:
Azərbaycan ərazisində iki zəlzələ olub
18.11.2011 [13:36] - Gündəm
Xəzərin Azərbaycan sektorunda iki zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk zəlzələ noyabrın 17-də yerli vaxtla saat 09.39-da Xəzər dənizində, Bakı şəhərindən 230 km cənubi-şərqdə qeydə alınıb. 3.40 maqnitudada, 40 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ isə noyabrın 18-də saat 01.10-da Xəzər dənizində, Astara şəhərindən 40 km şərqdə 3.1 bal gücündə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed