Şrift:
Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıb
11.07.2013 [13:34] - Gündəm, Sosial
Azərbaycanda bu ilin sonu və ya gələn ilin əvvəlində vətəndaşların özünə elektron şəkildə pensiya təyinatı aparmaq hüququ veriləcək
Bu gündən Azərbaycanda yaşa görə heç bir sənəd təqdim etmədən, heç bir yerə getmədən pensiyaların təyin olunması prosesi başlayır.Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib ki, hər Azərbaycan vətəndaşı pensiya yaşına çatanda, sadəcə telefonla DSMF-in 190 saylı çağırış sistemimizə zəng etdikdən sonra sıfır nömrəsini basaraq, elektron pensiya təyinatına müraciət etmiş olur.

Pensiya təyinatının aparılması üçün müraciət edən şəxs yalnızca şəxsiyyət vəsiqənin nömrəsini bildirməlidir. Operator həmin şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil edir, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri bazasından həmin şəxsiyyət vəsiqəsini öz bazasına gətirir, monitorda həmin şəxsin pensiyaya çıxma vaxtını göstərir. Həmin pensiya yaşı mövcud qanunvericiliyə çatıbsa, o zaman həmin şəxsin hansı vaxtda pensiyaya çıxmasını və nə qədər pensiya alacağı göstərilir.

Azərbaycanda bu ilin sonu və ya gələn ilin əvvəlində vətəndaşların özünə elektron şəkildə pensiya təyinatı aparmaq hüququ veriləcək.

Səlim Müslümovun sözlərinə görə, elektron xidmətdən yararlana bilən vətəndaşlar pensiya yaşına çatanda özləri DSMF-nin sisteminə daxil olaraq özləri haqda məlumatları sistemə daxil edə biləcəklər: “Sistem onlara avtomatik olaraq pensiya təyin edəcək və məlumat bizim çap mərkəzinə göndəriləcək. Onlar da banklarda müvafiq plastik kartlar hazırlamaq üçün sifariş verəcəklər”.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed