Şrift:
Baş prokuror əhalini qəbul etdi
12.07.2013 [12:18] - Gündəm, Sosial
Zakir Qaralov vətəndaşları dinlədikdən sonra məsul şəxslərə lazımi tapşırıqları verib

Azərbaycan respublikasının Baş prokuroru Zakir Qaralov Şəkidə vətəndaşları qəbul edib.Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının vətəndaşları iştirak ediblər. Qəbul zamanı 100-dən çox vətəndaşın şikayət və ərizələrinə baxılıb və dinlənilib. Şikayətlər, əsasən, sosial məsələlər, mülki məsələlər və hüquq mühafizə orqanlarının işindən ibarət olub. Vətədaşları qəbul edən baş prokuror Zakir Qaralov onları dinlədikdən sonra məsul şəxslərə lazımi tapşırıqlar verib.

Bəzi vətəndaşların şikayətləri elə yerindəcə öz həllini tapıb. Sakinlər isə öz növbələrində Baş prokurora onları qəbul edib şikayətlərini dinlədiyinə görə minnətdarlıqlarını bildiriblər.

Nəzərinizə çatdıraq ki, bundan sonra da respublikanın digər bölgələrində də Baş prokuror tərəfindən vətəndaşların qəbulu gözlənilir.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed