Şrift:
Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə!
12.07.2013 [13:12] - Gündəm, Sosial
Mikayıl Cabbarov Yevlaxda vətəndaşları qəbul edəcək

Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların nəzərinə! Təhsil Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov 19 iyul tarixində saat 11:00-da Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed