Şrift:
Abdulla Gül Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutan sənədi təsdiqləyib
12.07.2013 [15:12] - Gündəm, Hərb
Türkiyə prezidenti Abdulla Gül «Türkiyə və Azərbaycan hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu»nu təsdiq edib.

Türkiyənin «Rəmi Qazete»in verdiyi məlumata görə, sənəd iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən öhdəlikləri əhatə edir.



Memorandumu bu il iyunun 4-də Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Türkiyə tərəfdən isə Quru Qoşunlarının təlim şöbəsinin müdiri, polkovnik Cumhur Erentürk imzalayıb.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed