Şrift:
Azərbaycanda hakimiyyət əleyhinə vərəqələr yayılıb
12.07.2013 [22:09] - Gündəm, Sosial
Polisdə isə bu barədə məlumat yoxdur

Azərbaycanda üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb.Həmin vərəqələrə Abşeron rayonunun Xırdalan şəhərində daha çox rast gəlinir. Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yaşayış binalarında mənzillərin qapısına yapışdırılır. Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.

Abşeron Rayon Polis Şöbəsindən onlarda bu barədə məlumat olmadığı bildirilib.
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed