Şrift:
III qrup üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb
15.07.2013 [10:11] - Xəbərlər, Gənclik, Mədəniyyət
Tələbə Qəbulu üzrə Dövləöt Komissiyası III qrup üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr üzrə və variantlar üzrə düzgün cavablarını açıqlayıb.
TQDK-dan verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də keçirilib.
Bu il III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.
Hazırda III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı aparılır. İmtahan nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed