Şrift:
Azərbaycan güləş yığmaları İspaniyadakı beynəlxalq turnirdə 12 medala sahib olublar
15.07.2013 [11:38] - Gündəm, İdman
İspaniyanın paytaxtı Madriddə sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, “İspaniya Qran Prisi”ndə Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları da iştirak edib. Güləşçilərimiz ümumilikdə 7 qızıl və 5 gümüş medal qazanıb.

Yunan-Roma güləşi yarışlarında komandamız 4 qızıl və 2 gümüş medal qazanıb. Rövşən Bayramov (55 kq), Orxan Əhmədov (60 kq), Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) finalda öz həmyerlilərinə uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləş yarışlarında güləşçilərimiz 3 qızıl və 3 gümüş medal qazanıb. Ruslan Dibirhacıyev (66 kq), Xetaq Qazyumov (96 kq) və Aslan Dzebişov (120 kq) bütün rəqiblərindən üstün olaraq çempion olub. Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və Şərif Şərifov (96 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed