Şrift:
Müsabiqə elanı
15.07.2013 [12:34] - Gündəm, Mədəniyyət
Müsabiqə elanı
Bütöv Azərbaycan Ocaqları (BAO) 22 Avqust – Savalanı ziyarət günü münasibəti ilə “Elçibəy və Bütöv Azərbaycan” mövzusunda məqalə müsabiqəsi elan edib. Məqalələr ocaqlar@mail.ru poçt ünvanına 5000 işarəyə qədər həcmdə, Word formatında, 15 avqust 2013-cü il tarixinədək qəbul olunur. Təqdim olunan məqalələr indiyə qədər mətbuatda çap olunmuş və ya çap olunmamış ola bilər. Müsabiqədə hər kəs iştirak edə bilər. I, II və III yerləri tutanlara mükafat veriləcək. Ən çox bəyənilən məqalələr seçilərək toplu şəklində nəşr olunacaq.

BAO informasiya xidməti.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed